"Ürəyim onlarladır" -

Argentinalı ulduz futbolçu Lionel Messi Türkiyədəki zəlzələlərdən sonra Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) başlatdığı yardım kampaniyasına dəstək çağırışı edib.

Metbuat.az xəbər verir ki, Messi tviter hesabında bununla bağlı paylaşım edib:

"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlər. Ürəyim onlarladır. UNICEF regionda uşaqları qorumaq üçün bölgədə fəaliyyət göstərir. Sizin köməyiniz çox dəyərlidir", - deyə o, paylaşıma əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR