4 tələbədən birinin nəşi tapıldı -

Türkiyədə dağıntılar altında qalan 4 tələbədən birinin nəşi tapılıb.

Metbuat.az AZTV-yə istinadən xəbər verir ki, Şahin Verdiyevin təbii fəlakət nəticəsində həlak olması yaxınları tərəfindən təsdiqlənib.

Belə ki, Şahinin dayısı dağıntılar altından çıxarılan nəşin bacısı oğluna aid olduğunu bildirib.

Qeyd edək ki, Malatyanın İnönü universitetində təhsil alan digər 3 tələbəmiz - Samir Quliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin də axtarışları aparılır.

4 tələbədən birinin nəşi tapıldı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR