Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk.

Keçən ay Sizinlə Davosda keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin genişlənməsi, əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar formalaşmışdır.

İnanıram ki, Azərbaycan-Litva münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığımız həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR