Messidən gözlənilməz seçim:

Argentina millisinin hücumçusu Lionel Messi mövsümün sonunda PSJ-ni tərk edə bilər.

Metbuat.az “dailymail”ə istinadən xəbər verir ki, Messi PSJ ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir. Argentinalı futbolçu karyerasını “İnter Mayami”də davam etdirə bilər. Bildirilir ki, Messinin ailəsi ABŞ-a köçməyə etiraz etmir. Messinin Mayamidə evinin olması da transferin reallaşmasına müsbət təsir edə bilər.

Qeyd edək ki, Messinin ABŞ-da futbol oynamaq istədiyi barədə bir müddət əvvəl də xəbərlər yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR