"Trabzon"u dizə gətirən futbolçunun kimliyi təəccübləndirdi - FOTO

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Trabzon”un qapısına qol vuran “Bazel”infutbolçusu Mohamed Zeki Amdounin kimliyi diqqət çəkib.

Metbuat.az xəbər verir ki, məlum olub ki, Mohamed Zeki Amdounin əslən Trabzon şəhərindəndir. Məlumata görə, onun atası Trabzonda yaşayıb. Futbolçu özü isə İsveçdə dünyaya gəlib. Qeyd edək ki, Mohamed Zeki Amdouni “Trabzon”a qol vurmaqla yanaşı uğurlu oyun sərgiləyib. 1 dəfə Türkiyənin 21 yaşlılardan ibarət millisinin formasını geyinən Mohamed Zeki Amdouni İsveç millisini seçib.

Türkiyədə 1-0 hesabı ilə məğlub olan “Bazel” cavab qarşılaşmasında 2-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR