Ronaldo het-triklə formada olduğunu sübut etdi -

"Əl-Nəsr"in portuqaliyalı futbolçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanın çempionatının 18-ci turunda "Damak"a qarşı matçda het-trik edib.

Metbuat.az xəbər verir ki, portuqaliyalı hücumçu 18 (pen), 23, 44-cü dəqiqələrdə fərqlənib. O, komandasının hər üç qoluna imza atıb.

Xatırladaq ki, portuqaliyalı ulduz hazırda karyerasını davam etdirən futbolçular arasında ən çox het-trik müəllifidir. Ronaldunun hesabında 62 het-trik var. Onlardan 52-ni klub səviyyəli yarışlarda rəsmiləşdirən hücumçu, qalanını da Portuqaliya millisində həyata keçirib. Kriştianunun ən yaxın izləyicisi olan Lionel Messi (PSJ) 56 dəfə het-trik edib.

Bu nəticədən sonra "Əl-Nəsr" turnir cədvəlində 43 xalla ilk pillədə qərarlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR