“Əl-Nəsr” klubu növbəti iddialı transferə hazırlaşır.
Metbuat.az xəbər verir ki, ərəblər PSJ-nin müdafiəçisi Serxio Ramosu transfer etmək istəyir.
“Marca” xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu futbolçu ilə əlaqə saxlayıb və onunla müqavilə bağlamaq istədiklərini bildiriblər. Ramos Ronaldo ilə komanda yoldaşı olmağa etiraz etməyib.
“Real Madrid” və İspaniya millisinin keçmiş kapitanı PSJ-də özünü rahat hiss etsə də, parislilərin bu yay başa çatan müqaviləsini uzadıb-uzatmayacağını bilmir.
Xatırladaq ki, daha öncə “Əl-Nəsr”in “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istədiyi, lakin bundan imtina etdiyi bildirilirdi.