Tacikistanda 5 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin episentri Murqab yaşayış məntəqəsindən 58 kilometr cənub-qərbdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.