İlin ən yaxşı futbolçusu seçilən Messinin çıxışının sonunda dediyi cümlə gündəm oldu

Xəbər verdiyimiz kimi Argentina yığmasının və PSJ komandasının hücumçusu Lionel Messi FIFA tərəfindən ötən ilin ən yaxşı futbolçusu seçilib.

Metbuat.az xəbər verir ki, o, ötən ilin ən yaxşı futbolçusu seçiləndən sonra millidəki yoldaşlarına, ailəsinə və Argentina xalqına göstərdikləri dəstəyə görə təşəkkür edib.

“Bu, bütün komandanın əldə etdiklərimizə görə xidmətlərinin tanınmasıdır. Bu il (ötən il-red) uzun müddətdir can atdığım arzumu həyata keçirə bildim. Bunu hər bir futbolçu arzulayır, lakin çox az adam arzusunu reallaşdıra bilər.Mən ailəmə və Argentina xalqına həyatımız boyu xatırlayacağımız bu xüsusi ayda bizə dəstək olduqları üçün təşəkkür etmək istəyirəm”, - Messi mükafatı alarkən bildirib.

Messinin çıxışının sonundakı cümlə hamını gülümsədib. O, övladlarına "Daha gedib yatın" deyə səslənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR