Braziliyanın futbol əfsanələrindən hesab edilən Ronaldo Nazario FIFA tərəfindən ötən ilin ən yaxşı futbolçusu seçilən Lionel Messi barədə danışıb.
Metbuat.az xəbər verir ki, o Messini tərifləyib. Ronaldonun sözlərinə görə, Messi uğurlu mövsüm keçirib və ilin ən yaxşı futbolçusu mükafatına layiq olmaq onun haqqıdır. “O, böyük bir turnir olan Dünya Kubokunu qazandı. Dünya çempionatında parladı. O, mükafata layiqdir” - Ronaldo deyib.