“Bəxtiyar Hacıyevin aclıq aksiyası süni xarakter daşıyırdı” -

“Əslində, Bəxtiyar Hacıyevin aclıq aksiyası süni xarakter daşıyırdı. Özünü müdafiə etmək, öz mövqeyini qorumaq məqsədi güdürdü”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı danışarkən deyib.

“İndi isə əldə etdiyimiz son məlumata görə, aclıq aksiyasını dayandırdı. Hesab edirəm ki, onun azadlığa çıxması və ya digər məsələlərlə bağlı ola bilsin ki, hər hansı bir razılıqlara gəlinib. Təbii ki, bunu da yaxın müddətlərdə görəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR