"Rəqib tapa bilmədiyi üçün həyat yoldaşını əyləşdirdi" -

Xəbər verdiyimiz kimi Argentina yığmasının və PSJ komandasının hücumçusu Lionel Messi FIFA tərəfindən ötən ilin ən yaxşı futbolçusu seçilib.

Metbuat.az xəbər verir ki, mükafatlandırma mərasimi zamanı Messinin yanında əvvəlki illərdəki kimi onun rəqibləri deyil həyat yoldaşı Antonellanın əyləşməsi diqqət çəkib. Messini bir tərəfində Mbappe digər tərəfində isə Antonella əyləşib.

Əvvəlki mərasimlərdə isə Messinin yanında adətən onun əsas rəqibi Kristiano Ronaldo əyləşirdi. Sosial mediada istifadəçiləri bu vəziyyətə “Messi rəqib tapa bilmədiyi üçün yanında həyat yoldaşını əyləşdirdi” deyə şərhlər yazıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR