Ronaldo "Əl-Nəsr"də ilk mükafatını qazandı

Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandasına transfer olunan portuqaliyalı ulduz Kriştiano Ronaldo bu klubdakı ilk mükafatını qazanıb.

Metbuat.az xəbər verir ki, Ronaldo "Əl-Nassr" forması ilə fevral ayında Səudiyyə Ərəbistanı Pro Liqasında 4 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bununla da, 37 yaşlı ulduz Səudiyyə Ərəbistanı Pro Liqasında ayın oyunçusu mükafatına layiq görülüb.

Qeyd edək ki, Ronaldonun “Əl-Nəsr”dəki ilk oyunları uğursuz alındığı üçün tənqid edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR