Makronu kamera önündə rəzil etdi -

Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedi ilə fransız həmkarı Emmanuel Makron arasında mübahisə baş verib.

Metbuat.az xəbər verir ki, prezidentlər görüşdən sonra birgə mətbuat konfransı təşkil edib. "Bizə hörmət edin. Françafrique artıq yoxdur” deyən Konqo lideri 1994-cü il soyqırımında Fransanın rolunu xatırladıb. Daha sonra ikili arasında gərginlik daha da artıb.

Makron cavabında qeyd edib: “Fransa 1994-cü il qətliamına görə məsuliyyət daşımır. Mən kobud da olsa deyəcəm. Ölkənizdə suverenlik qura bilmədiniz. Günahı özünüzdə axtarın”.

Tşisekedi isə bildirib ki, Fransa və Qərb Afrikaya qarşı imperativ münasibətdən əl çəkməlidir. "Bizə hörmət edin. Bizi əsl tərəfdaş kimi görün. Bizə fərqli bir şəkildə baxın”- Gərgin mühitdə sözlərini davam etdirən Feliks qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR