"Messiyə qarşı oyunlarımız yaxşı keçir, problemimiz Ronaldo idi"

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasında PSJ-nin hücumçusu Lionel Messi ilə rəqabətindən danışıb.

Metbuat.az xəbər verir ki, Münhen təmsilçisi turnirin 1/8 final mərhələsində Paris klubuna hər iki oyunda (1:0, 2:0) qalib gəlib.

Müller deyib: “Messi ilə oyunlar bizim üçün hər zaman nəticələr baxımından çox yaxşı keçir. Klub səviyyəsində problemimiz "Real"da oynayan Kriştiano Ronaldo idi. Amma Messinin dünya çempionatında göstərdiyi oyuna görə ona böyük hörmətim var. Messinin dünya çempionatındakı fərdi performansı inanılmaz idi.

PSJ kimi klubda oynamaq asan deyil. Həqiqətən yaxşı komanda balansına nail olmaq çətindir, lakin fərdilik bir çox matçlarda qalib gəlməyə kömək edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR