Ronaldonun davranışı gündəm oldu -

Səudiyyə Ərəbistanı Premyer Liqasının 20-ci həftəsində çempionluq uğrunda mübarizə aparan “Əl-İttihad” və “Əl-Nəsr” klubları qarşılaşıb.

Metbuat.az xəbər verir ki, oyun meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldonun da iştirak etdiyi matçda meydan sahibləri 80-ci dəqiqədə Romarinyonun vurduğu qol ilə qələbə qazanıb. Bununla da, “Əl-İttihad” xallarını 47ə çatdıraraq liderliyə yüksəlib. Cari mövsümdə ikinci məğlubiyyətini alan “Əl-Nassr”ın aktivində 46 xal var. Oyun başa çatandan sonra Ronaldonun reaksiyası gündəm olub.

Kriştiano Ronaldo matçdan sonra paltardəyişmə otağına gedərkən yerdəki su qablarını təpikləyib. 38 yaşlı ulduz futbolçu matçdan sonra sosial media hesabında "Nəticədən məyus olduq. Amma başımızı qaldırıb bütün diqqətimizi mövsümə yönəldəcəyik. Dəstəyiniz üçün təşəkkür edirik" sözlərini paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR