Bu il "Oskar"ı onlar aldı -

ABŞ-nin Los-Anceles şəhərində 95-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, 95-ci mükafatlandırma mərasimi Los-Ancelesdəki "Dolby" Teatrında baş tutub.

Qaliblər arasında “Pinokkio Qilyermo del Toro” cizgi filmi ən yaxşı cizgi filminə görə mükafat alıb.

Amerika Kino Akademiyasının məlumatına görə, ikinci planda ən yaxşı aktyoru “Hər şey hər yerdə və dərhal” filmində oynayan Ke Hyu Kuan olub. Aktrisa Ceymi Li Kertis filmdə ən yaxşı ikinci plandakı roluna görə mükafat alıb.

Rejissor Edvard Bergerin çəkdiyi “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi “Ən yaxşı operator işi” mükafatını qazanıb. Ekran əsəri həm də ən yaxşı xarici film kimi tanınıb.

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb. “Ən yaxşı qısametrajlı bədii film” mükafatını Tom Berkli və Ross Uaytın “İrlandiya sayağı vida” filmi qazanıb.

Bundan başqa, Mişel Yeoh “Hər şey hər yerdə və dərhal" filmindəki roluna görə "ən yaxşı aktrisa" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb. Amerika aktyoru Brendan Freyzer "Balina" ("The Whale") filmindəki roluna görə "ən yaxşı aktyor" kateqoriyasında "Oskar" mükafatını alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR