VAR hakimləri "yoxa çıxdı" - Oyuna 40 dəqiqə əlavə olundu /

Boliviya çempionatının 6-cı turunda "Atletiko Palmaflor" - "Bluminq" oyununda gərgin anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, matçın əsas vaxtına 41 dəqiqə əlavə olunub. Buna səbəb oyun zamanı bəzi epizodlara görə VAR yoxlanışı üçün 20 dəqiqədən çox zamanın getməsidir. Həmçinin 4-cü hakim əvvəlcədən elan etdiyi əlavə vaxt 10 dəqiqə olub.

Əlavə olunmuş vaxt zamanı 90+24-cü dəqiqədə Xose Luis Sinisterra "Bluminq"in bərabərlik qolunu vurub və hesabı 2:2 edib. Lakin 90+38-ci dəqiqədə Conatan Kanate dubl edərək yenidən "Atletiko Palmaflor"u önə çıxarmağı bacarıb. Bununla da oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Əlavə olunmuş 41 dəqiqə ərzində 2 qırmızı vərəqə də göstərilib.

Boliviya çempionatı, 6-cı tur

"Atletiko Palmaflor" - "Bluminq" - 3:2

Qollar: Conatan Kanate, 19-pen; 90+38, Alvarez Varqas, 82-pen. - Qaston Rodriqez Maeso, 86, Xose Luis Sinisterra, 90+24

Qırmızı vərəqələr: Sezar Menaço, 20+21, Miqel Bekerra, 90+24 (hər ikisi "Bluminq")



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR