Dünya çempionatındakı uğursuzluqdan sonra millidəki karyerasını başa vuracağı iddia edilən Kriştiano Ronaldo 2024-cü ildə keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Metbuat.az xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Ronaldo ilə bağlı qərarını verib. Bildirilir ki, 38 yaşlı Ronaldo AVRO-2024-ün seçmə mərhələsindəki oyunlar üçün heyətə çağırılacaq. Xarici KİV-lər yazır ki, Ronaldonun heyətdə yer alacağı dəqiqdir. Onun oyunlarda iştirak edib-etməyəcəyinə isə məşqçi qərar verəcək.
Qeyd edək ki, Ronaldo dünya çempionatı oyunlarında əsas heyətə düşməkdə çətinlik çəkib.