Messi 800-cü qolunu vurdu

Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.

Metbuat.az xəbər verir ki, 36 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənib.

Forvard 89-cu dəqiqədə komandasının sonuncu qoluna imza atıb. Hazırda Fransa PSJ-sində çıxış edən hücumçu klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir. Komandanın bombardiri 2022-ci ildə Qətərdəki dünya çempionatında qızıl medal qazanıb və mundialın ən yaxşı oyunçusu seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR