Messi bu göstəricidə Ronaldonu keçdi

Ötən gün Panama ilə yoxlama oyununda (2:0) fərqlənən Argentina millisinin kapitanı Lionel Messi yığmada cərimə zərbələrindən vurduğu qolların sayını 62-ə çatdırıb.

Metbuat.az xəbər verir ki, 35 yaşlı hücumçu bu göstəricidə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya çatıb. Messi indi 62 qolla millidə cərimə zərbəsindən ən çox qol vuranlar siyahısında 6-cıdır.

Siyahıya 77 qolla braziliyalı Juninyo başçılıq edir. "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 60 qolla 10-cudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR