Təranə Qumral həyat yoldaşını tənqid edənlərə cavab verdi -

Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin sosial şəbəkədə tənqid olunmasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında Musa Musayevi tənqid edənləri düşük adlandırıb:

"Düşük camaatdır da, nə deyək? 5-6 dənə axmaq adamdır, ona cavab vermək istəmirəm. Mənim ona cavab verməyim onun üçün reklamdır".

Qeyd edək ki, müğənni Musa Musayevin illər öncə repertuarında olan "Amor mio” mahnısını sosial şəbəkə izləyicilərindən biri paylaşaraq "İllərdir ki, bu mahnını oxuyur, amma sözlərini düzgün tələfüz eləmir”, deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR