Argentina qol olub yağdı, Messi tarixə düşdü - VİDEO

Futbol üzrə Argentina millisi ilə Kurasao arasında keçirilən yoldaşlıq oyunu Lionel Messi üçün əlamətdar olub.

Metbuat.az xəbər verir ki, 3 qol vuran Messi millidə qolların sayını 102-yə çatdırıb. Bununla da, Messi yığmada 100 qol həddinə çatan üçüncü futbolçu kimi tarixə düşüb. Rekord isə 122 qol vuran portuqaliyalı Kriştiano Ronaldoya aiddir. İranlı Əli Daei isə 109 topla ikinci sıradadır.

Qeyd edək ki, qarşılaşma Argentinanın 7:0 hesablı qələbəsi ilə bitib. Qolları 20, 33 və 37-ci dəqiqələrdə Lionel Messi, 23-cü dəqiqədə Nikolas Qonsales, 35-ci dəqiqədə Entso Fernandes, 78-ci dəqiqədə Anxel Di Mariya və 87-ci dəqiqədə Montiel Qonzalo vurub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR