Britaniya kəşfiyyatı: "Ukrayna müdafiəçiləri Baxmutda uğurlu əməliyyat keçirib"

Ukrayna müdafiəçiləri Baxmut şəhəri ətrafında uğurlu əməliyyat həyata keçirib.

Metbuat.az “eurointegration”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında bildirilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Baxmutda Rusiyanın muzdlu “Vaqner” hərbi birləşməsinin təchizat xətlərindən birini sıxışdırıb. Bildirilib ki, bölgədə döyüş davam edir. Son həftələrlə müqayisədə Rusiya hərbçilərinin atışında azalma müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR