Lionel Messi yayda PSJ ilə yollarını ayıra bilər.
Metbuat.az xəbər verir ki, argentinalı hücumçu sabiq komandası "Barselona"ya qayıtmaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. O, sabiq klubunda daha az maaşla oynamağa hazırdır.
Maliyyə durumu yaxşı olmayan "Barselona"nın yayda transfer etməsinin mümkünsüz olduğu bildirilir. İspaniya klubu Messini azad agent kimi və az maaşa heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Messi bu mövsüm 27 matçda 16 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Argentinalı hücumçu 2004-2021-ci illərdə "Barselona"nın əsas komandasında forma geyinib.