Fransızlara xəbərdarlıq edildi: evdən çıxmayın!

Fransızlara xəbərdarlıq edildi: evdən çıxmayın!
14:13 19 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/

Nigerdə "Charlie Hebdo" nəşrinin qalmaqallı karikaturalarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda 10 nəfər ölüb.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, 3 gündür davam edən aksiyalar dünən təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsi ilə başa çatıb.

Polis paytaxt Niameydə icazəsiz aksiyaya qatılan yüzlərlə etirazçını güc tətbiq edərək dağıtmaq məcburiyyətində qalıb.

Niameydə ötən gün Fransa Mədəniyyət Mərkəzi yandırılıb.

Bu səbəbdən ölkədə yaşayan fransızların evdən çıxmaması barədə xəbərdarlıq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR