Finlandiyanın yeni baş naziri seçildi

Petteri Orpo Finlandiyanın yeni baş naziri seçilib.

Metbuat.az xəbər verir ki, parlament seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, mühafizəkar Milli Koalisiya Partiyası 20,8 faiz səslə seçkilərin qalibi olub. Əsl Finlər partiyası isə səslərin 20 faizini toplayıb. Baş nazir Sanna Marinin rəhbərlik etdiyi Sosial Demokrat partiyası isə 19,9 faiz səs toplayıb. Beləliklə, 200 yerlik Finlandiya parlamentində Milli Koalisiya Partiyası 48, Əsl Finlər Partiyası 46, Sosial Demokrat Partiyası isə 43 yer tutub. Mərkəz Partiyası 23, Yaşıllar İttifaqı 13, Sol Alyans isə 11 deputatla parlamentdə təmsil olunacaq. Qalan yerlər digər partiyalar və müstəqil namizədlər arasında bölüşdürüləcək.

Seçkilərin nəticələrinə görə, Finlandiyanı yenidən koalisiya hökuməti idarə edəcək. Ölkəni idarə etmək üçün 200 yerlik parlamentdə 100-dən çox deputatdan ibarət koalisiya tələb olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR