Lionel Messi PSJ-dən ayrılmaq barədə qərar verib.
Metbuat.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat verib. Bildirilir ki, PSJ-də qalıb-qalmamaq barədə tərəddüd edən Messi, Liqa 1-in "Lion"la matçında (0:1) azarkeşlərin onu fitə basmasından sonra klubdan ayrılmağa qərar verib. Bildirilir ki, Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır. PSJ Messiyə yeni təklif irəli sürüb.
Qeyd edək ki, PSJ azarkeşləri Messinin oyunundan narazı olduğu üçün onu fitə basıblar.