Futbol tarixinin ən böyük təklifini göndərdilər -

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messiyə yeni təklif göndərib.

Metbuat.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, Ər-Riyad təmsilçisinin nümayəndələrinin 36 yaşlı hücumçu ilə əlaqə saxlayaraq, ona illik 400 milyon avro məvacib təklif etdiklərini yazıb. Amma ulduz futbolçu Avropada qalmaq istədiyindən "Əl-Hilal" rəhbərliyi hələlik danışıqları dayandırıb.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Onun sabiq klubu olan İspaniya "Barselona"sına qayıda biləcəyi də iddia olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR