Səhər, yoxsa axşam duş qəbul etmək daha faydalıdır?

Alimlərin fikrinə görə, axşam duş qəbul etmək daha faydalıdır. Bunun bir neçə səbəbi var.

Metbuat.az saglamolun.az-a istinadən bu səbəbləri təqim edir:

1. Gün ərzində insan dərisinin üzərində çoxlu sayda mikroblar, allergenlər, toksinlər, toz və s. ziyanlı maddələr toplanır ki, onlar həm insan sağlamlığına, həm də dərinin vəziyyətinə mənfi təsir edir. Bu səbəbdəm axşam saatlarında duş qəbul etmək daha faydalı sayılır.

2. Axşam duş qəbul edən insan daha rahat yuxuya gedir. Alimlər yatmazdan 1,5 saat gec olmayaraq duş qəbul etməyi tövsiyə edirlər. Bu bədən hərarətini tənzimləyir və tez yuxuya getməyə kömək edir.

3. Axşam duş qəbulu yaxşı sakitləşdirir, stressi azaldır. Su qanda stress hormonlarının səviyyəsini azaltmağa kömək edir.

4. Daim axşam saatlarında duş qəbul edən insanın dərisi daha cavan qalır. Məsələ burasındadır ki, gecə orqanizmdə və o cümlədən dəridə regenerasiya (bərpa) prosesləri aktivləşir, dəri ölü hüceyrələrdən azad olur, yenilənir. Yatmazdan əvvəl duş qəbulu bu prosesi asanlaşdırır ki, dəri səhər daha yaxşı görünür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR