Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Portuqaliya “Benfika”sı doğma meydanda İtaliyanın “İnter” komandasını sınağa çəkəcək. Günün ən maraqlı görüşü isə İngiltərədə “Mançester Siti” ilə Almaniya nəhəngi “Bayern” arasında baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final
11 aprel

23:00. “Benfika” (Portuqaliya) – “İnter” (İtaliya)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Lissabon. “Estadio da Luz”.

23:00. “Mançester Siti” (İngiltərə) – “Bayern” (Almaniya)
Baş hakim: Xesus Mansano (İspaniya).
Mançester. “Etihad” stadionu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR