Messinin həyat yoldaşı 10 saat qapıda gözləyən azarkeşi evinə çağırdı -

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 10 saat onu gözləyən azarkeşi evinə qonaq edib.

Metbuat.az xəbər verir ki, Xuan Polkan adlı fanat bu barədə "Infobae" nəşrinə müsahibəsində bildirib.

O, 36 yaşlı hücumçunun ev ünvanını daha əvvəl oyunçuya xidmət etmiş saç ustası sayəsində tapdığını söyləyib.

Tərəfdar səhər saat 09:00-da argentinalı forvardın evinə yaxınlaşıb. Polkan 9 saatdan sonra Messini görsə də, ulduz futbolçunun yanından keçdiyini deyib. Mühafizəçi onu qovmaq istəsə də, oyunçunun həyat yoldaşı azarkeşi evə dəvət edib.

Fanat ardınca Messi ilə salamlaşdığını sözlərinə əlavə edib: "Bu, inanılmaz an idi. Onu necə çox sevdiyimi dedim. Şəkil çəkdirdik, oynadığım futzal klubunun formasına imzasını atdı və məni qucaqladı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR