“Əl-Nəssr” klubunun baş məşqçisi Rudi Qarsiya qovulub.

Metbuat.az xəbər verir ki, bu barədə Mirror qəzeti məlumat verib. İddialara görə, Kriştiano Ronaldo baş məşqçi Rudi Qarsianın rəftarından rəhbərliyə şikayət edib. Ardınca rəhbərlikməşqçini qovub. Lakin məsələ barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, “Əl-Feyha” ilə qolsuz başa çatan oyundan sonra Kriştiano Ronaldonun dedikləri gündəm olmuşdu. Rudi Qarsiya da matçdan sonra "Futbolçularımın səviyyəsindən və oyunundan razı deyiləm. Bu cür etmək olmaz" açıqlamasını vermişdi. Rudi Qarsiya, Ronaldonun transferindən əvvəl "Mən əslində Messini istəyirdim. Qətərdə olarkən, amma olmadı" deyə zarafatyanə açıqlama vermişdi.