Orqanizmi gücləndirən qidalar -

İbn Sinanın yüz illər əvvəl yazdığı “Kiçik Tibb Qanunu” kitabında bəhs etdiyi möcüzəvi qidalar bir çox xəstəliyə qarşı təsirlidir.

Metbuat.az saglamolun.az-a istinadən İbn Sinanın tövsiyə etdiyi şəfalı qidaları təqdim edir:

Qulançar

Zülalla zəngin olan qulançar az kalorili və karbohidratlı qələvi qidadır.

Qulançar həmçinin kalium, folat, A, C, K və B vitaminlərinin zəngin mənbəyidir. Bundan başqa, niasin, fosfor və natriumla da zəngindir.

Kərəviz toxumu

Qadınlarda ən çox rast gəlinən sidik yolu infeksiyaları və kişilərdə prostat vəzi xəstəliyinə qarşı inanılmaz təsiri var. Ümumiyyətlə, İbn Sinanın tövsiyələrinə görə, kərəviz toxumu sidik kisəsi ilə əlaqədar bütün xəstəliklərə müsbət təsir göstərir.

Şam Fındığı

İflicli insanlar şam qozunu istehlak etməlidirlər.

Quzu qulağı

Quzu qulağını qaynadıb süzdükdə beyni aktivləşdirir və mədə üçün çox faydalıdır.

Qara kişmiş

Gündə bir ovuc qara kişmiş istehlak etmək lazımdır. Qara kişmiş bədəndə yaranan sümük və əzələ ağrılarına müsbət təsir göstərəcək. Xüsusilə son illərdə koronavirus kimi xəstəliklərə görə bədən ağrıları üçün mütəxəssislər tərəfindən tövsiyə edilən qidalardan biridir.

Kəllə-paça

Bədəndəki kollagenin sürətini artıraraq, hüceyrələri daha gənc saxlayır. Kəllə-paça suyu çəki artırmaq istəyən şəxslərə çox faydalıdır.

Bal

Qan əmələ gətirən hüceyrələri artıraraq orqanizmdə qan dövranını artırır. O, həmçinin üçlü iltihab təmizləyicisidir. İbn Sina balın mumu ilə birlikdə yeyilməsini tövsiyə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR