Bu bürcdən olanlar subay qala bilər -

Bəzi insanlar doğru insanı tapmaqda çətinlik çəkir.

Həqiqi sevgini tapmaq üçün mübarizə etsələr də, bu məsələlərdə üzləri gülmür. Astrologiyada da bu cür şassız bürclər mövcuddur.

Metbuat.az bakupost.az-a istinadən həmin bürcləri təqdim edir.

QOÇ - Özünə olan güvəni, cəsarəti və coşğusuyla tanınır. Bununla belə, şübhəıi davranışları və münasibətlərdəki rəftarları bəzən qəlb qırıcı olur. Bağlanmaqdan qorxduqları üçün uzunmüddətli münasibətlıərdən çəkinirlər. Partnyorunu tanımaq üçün vaxt ayırmalı və bir münasibətə başlamazdan əvvəl bağlılıq yaratmağa çalışmalıdır.

BUĞA - Sədaqəti, təkidi və təcrübəsi ilə bilinir. Lakin inadcıl olmaları və dəyişimə qarşı olan divarları yeni münasibətə başlamalarını əngəlləyə bilər. Eyni zamanda, duyğularını ifadə etməkdə çətinlk çəkirlər. Bu da partnyorları ilə daha dərin bağlılıq qurmalarını çətinləşdirir. Bu bürcdən olan insanlar eşq yaşamaq istəyirlərsə, yeniliklərə açıq olmalıdırlar. Həmçinin, daha ünsiyyətcil olmağa və hisslərini rahatlıqla ifadə etməyə çalışmalıdırlar.

ƏKİZLƏR - Ağılları və uyğunlaşma bacarıqları ilə tanınırlar. Bununla yanaşı, qərarsız, diqqətsiz olmaları münasibət qurmaqda çətinlik yaradır. Güvən məsələsinə də diqqət edirlər. Şanslarını artırmaq üçün daha qərarlı olmalı, hədəflərinə köklənməlidirlər. Eyni zamanda, partnyorlarına qarşı dürüst və şəffaf davranaraq münasibətlərində güvən yaratmalıdırlar.

XƏRÇƏNG - Eşqdə şanssız olan bürclərdən biridir. Duyğusal olmaları ilə bilinirlər. Bəzən həddindən artıq həssas olmaları və əl çəkməmələri partnyorlarını uzaqlaşdıra bilər. Şanslarını artırmaq istəyirlərsə, güvənsizlik və şübhə duyğuları ilə mübarizə aparmalıdırlar. Eyni zamanda, duyğusal ehtiyacları ilə partnyorlarının ehtiyacları arasında sağlam tarazlıq yaratmağa çalışmalıdırlar.

ŞİR -- Özgüvənləri, xarizmaları və yaradıcılıqları ilə tanınırlar. Bununla birlikdə, diqqət çəkmə istəkləri bəzən münasibət qurmaqda çətinlik yarada bilər. Qısqanclıq və sahiblənmə kimi davranışları tərgitməlidirlər. Partnyorlarının ehtiyaclarını diqqətə almalı, empatiya qurmalıdırlar.

QIZ - Ağlı, təcrübəsi və detallara önəm verməsi ilə tanınmış bürcdür. Özlərini mükəmməl göstərmək və tənqidçi xüsusiyyətləri münasibət qurmalarını çətinləşdirir. Həmçinin, hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bununla, partnyorlarına qarşı soyuq və məsafəli ola bilərlər. Yaxşı münasibət üçün qüsurlarını qəbul etməyə başlamalıdırlar. Hisslərini daha təsirli ifadə etmək və daha mehriban olmağa çalışmalıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR