Ötən gün qəfil səhhəti pisləşən müğənni Səidə Dadaşova əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, müğənninin əməliyyatdan sonrakı vəziyyətini öyrənmək üçün Bizim.media-nın əməkdaşı Səidə Dadaşovanın həyat yoldaşı Məhəmməd bəylə (Maqa) əlaqə saxlayıb.

Sənətçinin həyat yoldaşı qısa olaraq bunları söyləyib:

“Səidə xanımın əməliyyatı dörd saat davam etdi. Şükür, indi özünü daha yaxşı hiss edir”.

Qeyd edək ki, ifaçının ginekoloji əməliyyat keçirdiyi bildirilib.