​SOCAR-ın yüksəkvəzifəli şəxsi Messinin evində -

SOCAR-ın yüksəkvəzifəli şəxsi Adnan Əhmədzadə PSJ və Argentina millisinin üzvü Lionel Messi ilə görüşüb.

Metbuat.az “Qafqazinfo"ya istiandən xəbər verir ki, o, ulduz futbolçunun evində qonaq olub.

A. Əhmədzadə bu barədə instaqram hesabında paylaşım edib.

Xatırladaq ki, bir müddət öncə Adnan Əhmədzadənin SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsindən göndərildiyi barədə xəbər yayılmışdı. Onun hazırda şirkətdə hansı yüksək vəzifəni tutduğu barədə isə ictimaiyyətdə məlumat yoxdur.

Qeyd edək ki, Lionel Messinin instaqram hesabında izlədiyi 291 nəfər arasında Adnan Əhmədzadə də var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR