Messi Ronaldonun rekordunu təkrarladı

PSJ-nin futbolçusu Lionel Messi "TOP-5" liqadakı qollara görə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Metbuat.az xəbər verir ki, argentinalı hücumçu Liqa 1-in 31-ci turunda "Lens"lə qarşılaşmada (3:1) qol vurub. Bu qol onun "TOP-5" liqadakı 495-ci (572 oyuna) qolu olub.

Bununla da, Messi Ronaldonun(495 qol, 626 oyuna) bu göstəricidə rekordunu təkrarlayıb.

Qeyd edək ki, Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR