Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Andrey Yermak bildirib ki, Pasxa bayramı münasibəti ilə böyük əsir mübadiləsi həyata keçirilib, 130 ukraynalı əsiri azad edilib. Bir neçə gün davam edən əsir mübadiləsi zamanı Baxmut, Soledar, Zaporojye, Xerson istiqamətlərində əsir düşmüş ukraynalı hərbçilər azad olunub.

Hələlik mübadilə zamanı azad edilən rusiyalı əsirlərin sayı açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR