Mərhum amerikalı bəstəkarın Azərbaycanla bağlı arzusu -

Əməkdar artist Şahin Növrəsli ötən gün dünyasını dəyişən məşhur amerikalı caz ifaçısı və bəstəkarı Əhməd Camalla bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, cazmen birlikdə çəkilən fotolarını yayımlayaraq aralarında bir vaxtlar olan söhbəti bölüşüb.

"Mənə deyirdi ki, Şahin, niyə mənə Azərbaycanda Naftalandan danışmırsan, oranı ziyarət etmək istəyirəm. Birlikdə etdiyimiz dərin söhbətlər üçün darıxacağam... Sənin müdrikliyin üçün darıxacağam... Tək mən yox, milyonlarla insan sənin üçün darıxacaq. Dostluğuna, rəhbərliyinə, mənə və bir çox musiqiçilərə verdiyin gözəl məsləhətlərə görə təşəkkür edirəm. Allah ailənizə səbr versin", - deyə o qeyd edib.

Qeyd edək ki, məşhur caz pianoçusu, bəstəkar Əhməd Camal (Frederik Rassel Cons) dünən 92 yaşında vəfat edib. O prostat xərçəngi səbəbindən vəfat edib. 1930-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olan Əhməd Camal 1950-ci ildə Çikaqoya köçüb, orada İslamı qəbul edib və adını Əhməd Camal olaraq dəyişdirib.

Bir 2 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR