Messi transferi xəyal olur? -

La Liqa prezidenti Xavyer Tebas PSJ ilə müqaviləsini uzatmayan Lionel Messinin "Barselona"ya mümkün transferinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, hazırki şərtlərə görə, Messinin transferi mümkün deyil. “Hələ çox vaxt var. “Barselona” hələ də Leonu almaq üçün hərəkət edə bilər. Əlbəttə ki, oyunçuları sata bilərlər, lakin hələ də qeydiyyatdan keçməli bəzi oyunçuları var” - Tebas deyib.“Mundo Deportivo”nun məlumatına görə, "Barselona" argentinalı ulduzu heyətə cəlb etmək üçün maliyyə şərtlərini təmin etməyə çalışır.

"Barselona"nın Messi ilə 2 illik müqavilə imzalamaq istədiyi iddia edilib. Klub rəhbərliyi ümid edir ki, transfer baş tutsa, forma satışı, matç biletləri, sponsorlar, sosial media və stadion ziyarətlərindən əldə edəcəyi gəlirlə klubdakı maliyyə boşluğunu aradan qaldıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR