Ronaldo qəzəbləndi: Rəqibini güləş fəndi ilə yerə yıxdı -

Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandasında çıxış edən Kriştiano Ronaldonun “Əl-Hilal”la matçda rəqibinə müdaxiləsi müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, matçın 56-cı dəqiqəsində meydançanın mərkəzində yaşanan mübarizə zamanı Ronaldo rəqibini sərt şəkildə yerə yıxıb. Matçın baş hakimi Maykl Oliver isə portuqaliyalı ulduza sarı vərəqə göstərib.“Əl-Hilal”ın futbolçuları hakimin qərarına etiraz ediblər.

Onlar Ronaldoya qırmızı vərəqə göstərilməsini tələb ediblər.

Qeyd edək ki, "Əl-Hilal" Odion İqalonun qolları ilə 2:0 hesabı ilə qalib gəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR