Ronaldonun davranışı ərəbləri ayağa qaldırdı -

"Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından qovula bilər.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın ESPN televiziyası məlumat yayıb. Bildirilir ki, Ronaldo "Əl Hilal"la oyundan (0:2) sonra azarkeşlərə nalayiq jest edib. Buna görə də, tanınmış səudiyyəli vəkil Nuf bin Əhməd Ronaldonun davranışına görə prokurorluğa müraciət edərək onun krallıqdan deportasiya edilməsini tələb edəcəyini bildirib. Bəzi dairələr prokurorluğun vəkilin tələbini rədd edəcəyini yazır.

Qeyd edək ki, rəqib azarkeşlərin "Messi, Messi" qışqırması Ronaldonu qəzəbləndirib. O isə buna ədəbsiz formada cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR