Qərbi Zəngəzura yeganə yol: Hər kəs bu görüntüdən danışır -

"Bu gündən nəzarət-buraxılış məntəqəsi (NBM) quraşdırılan körpü Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) gedilə bilən yeganə yolun üzərindədir. Bu yolun nəinki alternativi, heç ona alternativ piyada üçün cığır da yoxdur. Hər yer Şanlı Ordumuzun tam nəzarəti altındadır".

Metbuat.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert qeyd edib ki, bu körpü Laçın-Xankəndi yolunda deyil, Laçın şəhərindən təxminən 10 km (hava xətti ilə) cənubda yeni tikilən yoldadır:

"Bəziləri ekoaktivistlərin Şuşa yaxınlığında aksiya keçirdiyi yolu bu körpü ilə qarışdırırlar. Ekoaktivistlərin olduğu yola Şuşa rayonu ərazisində alternativ yollar və cığırlar var. Amma həmin yol və cığırlar Laçın rayonu ərazisinə çatanda, bax bu körpünun Şuşa tərəfində təxminən 7-8 km məsafədə birləşir, Qərbi Zəngəzura yeganə mümkün keçid bu körpüdür. Körpü yaxınlığında nəzarət-buraxılış məntəqəsinin olması o deməkdir ki, bundan sonra heç bir erməni və ya başqa şəxs, heç bir nəqliyyat vasitəsi nəzarətdən kənar Qarabağa gələ və ya oradan gedə bilməz. Bu NBM yəqin ki, Naxçıvana Zəngəzur dəhlizi açılması işinə də ciddi təkan verəcək. Hər bir halda çox uğurlu bir addımdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR