Səudiyyə Ərəbistanı Çempionlar Kubokunun yarımfinalında “Əl Nəsr” öz meydanında “Əl Vehda”ya 0:1 hesabı ilə uduzaraq kubokda iştirakını dayandırıb.
Metbuat.az xəbər verir ki,matçın sonunda kədərlənən Kriştiano Ronaldonun fotosu sosial mediada böyük marağa səbəb olub. Qeyd edək ki, “Əl Nəsr” Liqada liderliyini itirib. Həmçinin Ronaldonun komandası 3 kubokdan kənarda qalıb.