"Arsenal"ın təyyarəsində qorxulu anlar

“Arsenal”ın qadın komandasını daşıyan təyyarədə yanğın baş verib.

Metbuat.az xəbər verir ki, hadisə qadın futbolçular Çempionlar Liqasında Almaniyanın “Volfsburq” klubuna qarşı matçdan sonra İngiltərəyə qayıdarkən baş verib. Təyyarə havaya qalxarkən əvvəlcə səs eşidilib ardınca isə yanğın olub. Yanğına görə, uçuş təxirə salınıb. Bütün sərnişinlər təxliyə olunublar. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisəyə quşun təyyarənin mühərrikinə daxil olması nəticəsində baş verdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR