Bu gün bu rayonlarda qaz olmayacaq

Bu gün paytaxtın Xətai və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 4-cü km-də yol keçidinin quraşdırılması ilə bağlı, aprelin 26-da saat 09:00-dan işlər başa çatanadək "Qum Məişət(Qİİ)", "Alko", "Naximov", "Müşviq əhali", "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", " F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşfiq, Qvardiya və Azadlıq küçələrində, həmçinin Suraxanı rayonunun Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bundan başqa, bu gün Qusar rayonunun qaz təchizatında fasilə yaranacaq. Belə ki, “Qaz İxrac” İdarəsinə məxsus “Şahdağ” QTM qaz kəmərində planlı təmir işləri ilə əlaqədar aprelin 26-da saat 10:00-dan 17:00-dək "Qusar 2-ci xətt" və "Şahdağ TK(QPS)" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri görülən müddətdə Qusar şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR