Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edib

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2023/2024-cü tədris ili üçün magistraturaya qəbul elan edir.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

    Qeyd olunub ki, bakalavrlar qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları, imtahan tarixləri və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz.

    M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu 22 may – 23 iyun 2023-cü il tarixlərində elektron qaydada aparılacaq.

    Ərizə Filialın msu.az saytında və yaxud DİM-in dim.gov.az saytında veriləcək keçid vasitəsilə doldurula bilər.

    Daha ətraflı məlumat əldə etmək üçün pk@msu.az elektron poçt ünvanına yaza və ya göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz.

    (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.)


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR