Paşinyan Türkiyənin Ermənistan təyyarələri üçün hava məkanını bağlamasına münasibət bildirdi

Türkiyə hava məkanını bağlaması Ankaranın deyil, İrəvanın problemidir.

Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara abidə ucaldılmasına görə, Türkiyənin Ermənistan üçün hava məkanını bağlamasına münasibət bildirərkən deyib.

O, abidələrin ölkələr arasında münasibətlərə təsir etdiyini deyib. Paşinyan abidənin ucaldılması zamanı hökumətin buna etiraz edəcəyi təqdirdə satqınlıqda ittiham oluna biləcəyindən çəkindiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı