Britaniyalılar III Çarlzın tacqoyma mərasiminə hazırlaşırlar

Bu gün Böyük Britaniya sakinləri Vestminsterdə keçiriləcək Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə hazırlaşırlar.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın yeni kralı həyat yoldaşı Kraliça Konsorti Kamilla ilə birlikdə Bukingem sarayından Vestminster Abbeyinə yola düşəcək.Tacqoyma mərasimi başa çatdıqdan sonra isə kral və kraliça 1831-ci ildə IV Uilyamın dövründən bəri hər bir tacqoyma mərasimində istifadə edilən qızıl vaqonda Bukingem Sarayına qayıdacaqlar. Artıq mərasimdə video görüntülər çəkməyə icazə verilməyəcəyi ilə bağlı məlumatlar da ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, III Çarlz 1661-ci ildə II Karlın tacqoyma mərasimi üçün qızıldan hazırlanmış və 400 qiymətli daşla bəzədilmiş Kral Edvardın tacı ilə taclanacaq. Ümumilikdə tacqoyma mərasimi günü təhlükəsizliyin təmin edilməsinə 4 minə yaxın hərbçi cəlb olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR